Ordu.az “Washington Post”a istinadən xəbər verir ki, sahil döyüş gəmisinin inşasına dair ABŞ donanması fevral ayında yeni tender elan edib.
Bu vaxta qədər “Lockheed Martin”, “General Dynamics”, “Huntington Ingalls”, “Austal” və “Fincantieri” tender çərçivəsində tədqiqat və təkmilləşdirmə müqaviləsi qazanıb. Lakin bu şirkətlərdən sonda yalnız biri ilə 2020-ci ildə gəminin inşasına dair müqavilə imzalanacaq.
İtaliyanın gəmiqayırma şirkəti “Fincantieri” özünün “ITS Alpino” gəmisini nümayiş etdirib. Şirkətin rəsmisi Riçard Hant bu addımla ABŞ donanmasına kompaniyanın imkanlarının göstərildiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az