Kabildə ikinci partlayış baş verib: 7 ölü, 9 yaralı

2018/06/456456_1528112262.jpg
Oxunub: 4240     19:36     04 İyun 2018    
Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən Loya Cirqa düşərgəsi yaxınlığında gün ərzində ikinci partlayış baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, kamikadze hücumu nəticəsində azı 7 nəfər həlak olub, daha 9 nəfər isə yaralanıb.

Yerli polisin məlumatına görə, hadisə yerli vaxtla 11:30 radələrində baş verib. Ölənlərdən ikisi polis əməkdaşıdır.

Hələlik heç bir qruplaşma hücuma görə, məsuliyyəti öz üzərinə götürməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Kabil   Partlayış  


Bizi "telegram"da izləyin