Ordu.az Scroll.in saytına istinadən xəbər verir ki, şənbə günü Ədən Körfəzindən hindistanlıların xilas edilməsi məqsədilə Sokotra Adasına dəniz qüvvələrinə məxsus gəmi yola düşüb.
Uğurlu əməliyyatın ardından 38 nəfərin hamısı vətənlərinə geri qaytarılıb.
Dəniz Qüvvələrinin mətbuat katibi Şarma qeyd edib ki, evakuasiya edilən hindlilərə dərhal tibbi yardım göstərilib və onlara öz yaxınlarıyla əlaqə yaratmaq imkanı yaradılıb.
Dəyanət Ağalarlı
Ordu.az