Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Tufan 11” adı verilən və əsasən qurudan həyata keçirilən hərbi əməliyyatlar eyni zamanda hava qüvvələri tərəfindən də dəstək alıb.
Rəsmi mənbələr azı 4 Taliban yaraqlısının öldürüldüyünü və daha 3-nün yaralandığını bildirirlər. Nəticədə bir neçə region terrorçulardan təmizlənib.
Taliban məsələ ilə bağlı heç bir fikir bildirməyib.
Dəyanət Ağalarlı
Ordu.az