Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə naziri Nurəddin Canikli bildirib.
Canikli “Milli Gəmi” (MİLGEM) layihəsi çərçivəsində həyata keçirilən yerli dizaynlı gəmilərə toxunaraq bildirib ki, hazırda gəmilərin dördü suya buraxılıb, beşinci isə tikilməkdədir. Həmçinin daha üçünün inşasına isə yaxın zamanlarda başlanılacaq.
Onun sözlərinə görə, MİLGEM-də istifadə edilən ssilah və sistemlərin çox az hissəsi istisna olmaqla böyük əksəriyyəti milli məhsuldur.
Ağalar Ağalarlı
Ordu.az