Suriyada ABŞ-Fransa bazasında böyük partlayış: Ölənlər var

2018/06/5345_1528098121.jpg
Oxunub: 2802     15:39     04 İyun 2018    
Suriyanın şimalında Amerika və Fransa qüvvələrinin yerləşdirildiyi hərbi bazada böyük partlayış meydana gəlib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rəqqadakı yerli mənbələr bildirib.

Mənbələrin məlumatına görə, Rəqqanın şimalındakı Ayn İsada YPG/PKK-nın nəzarətində olan bazada partlayış baş verib.

YPG/PKK-ya yaxın mənbələr partlayışın bazada olan sursatın alışmasından dolayı meydana gəldiyini bildiriblər. Partlayış nəticəsində YPG/PKK böyük itki verib.

Hərbi bazada təxminən 200-ə yaxın ABŞ, 75 Fransa xüsusi təyinatlısı yerləşdirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Fransa   YPG  


Bizi "telegram"da izləyin