Ordu.az CNN-ə istinadən xəbər verir ki, təlimlər Polşa, Latviya, Litva, və Estoniya ərazilərini əhatə edəcək.
Sayca 18-ci olan bu ilki təlim iyunun 15-ə qədər davam edəcək. Təlimlərə ABŞ rəhbərlik edir.
ABŞ-ın Avropa Komandanlığının mətbuat xidməti Rusiya ilə gərginliyin artdığı bir vaxtda Rusiya ilə NATO sərhədlərində həyata keçirilən bu təlimin Rusiyaya qarşı provokasiya olmadığını və sadəcə alyansın əvvəlcədən planlaşdırdığı təlim olduğunu bildirib.
Təlimlərdə iştirak edən dövlətlər arasında ABŞ-la yanaşı, Britaniya, İspaniya, Norveç, Polşa, Almaniya, Fransa, Kanada, İtaliya, Niderland və s. var.
Ağalatr Ağalarlı
Ordu.az