Əfqanıstanda partlayış nəticəsində 2 əsgər yaralanıb

2018/06/498651_1528089491.jpg
Oxunub: 3877     13:17     04 İyun 2018    
Əfqanıstanın Qəndəhar vilayətində baş verən mina partlayışı nəticəsində ordunun iki əsgəri yaralanıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli mənbələr bildirib.

Məlumata görə, partlayış baş verən zaman əsgərlər yola nəzarət edirdi. Hökumətə yaxın mənbələr xəbəri təsdiqləsələr də, əlavə detal verməkdən imtina ediblər.

Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməsə də, adı çəkilən vilayətdə “Taliban” qiyamçıları son dövrlərdə fəaliyyətlərini genişləndiriblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban   Partlayış  


Bizi "telegram"da izləyin