Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şamxani səsləndirib.
O bildirib ki, İran İslam Respublikası Suriyanın təhlükəsizliyini həm də özünün təhlükəsizliyi kimi nəzərdən keçirir. Bu baxımdan Suriyada stabilliyin bərpa edilməsi İranın başlıca məqsədlərindəndir.
“Biz daha öncə də bəyan etdik ki, Suriyanın cənubunda hərbi müşavirlərimiz yoxdur. Ordakı əməliyyatlarda heç bir rola sahib deyilik”, - deyə o əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az