Kabildə partlayış: 1 ölü, 3 yaralı

2018/06/345345_1527928845.jpg
Oxunub: 3085     16:39     02 İyun 2018    
Bu gün səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərinin Bani Hesar zonasında partlayış baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Kabil Təhlükəsizlik Komendantlığı məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində azı bir nəfər həlak olub, daha üç nəfər isə yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı hospitala çatdırılıblar, onların vəziyyəti barəsində məlumat yoxdur.

Hələlik hücuma görə heç bir qruplaşma məsuliyyətini öz üzərinə götürməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kabil   Partlayış  


Bizi "telegram"da izləyin