Ordu.az “New York Times”a istinadən xəbər verir ki, bu barədə “Maven” layihəsini həyata keçirən “Google Cloud” biznesinin rəhbəri Diyana Qrini bəyan edib.
Şirkətin işçiləri ilə həftəlik görüşdə iştirak edən Qrini kompaniyanın süni zəkanın hərbi istiqamətdə istifadəsindən imtina etdiyini və gələn il layihənin müddətinin uzadılmayacağını bildirib.
Qeyd edək ki, sözügedən layihədə süni zəkanın dronların çəkdiyi videoların analizi üçün istifadə edilməsi planlaşdırılırdı. Layihənin ilkin vaxtı gələn ilin martında başa çatır.
Ötən ay onun üzə çıxmasından sonra şirkətin minlərlə işçisi icraçı direktor Sundar Piçaiyə məktub yazaraq müqavilənin ləğv olunmasına çağırıb və əks halda istefa ilə hədələyib.
Ağalar Ağalarlı
Ordu.az