“Google” Pentaqonla daha bir sz müqaviləsi üzərində işləyirmiş

2018/06/5_1527865916.jpg
Oxunub: 2929     00:10     02 İyun 2018    
“Google” dron müharibəsi üçün ən yeni süni zəka texnologiyasının təminatına dair gizli şəkildə Pentaqonla birlikdə ortaq müqavilə üzrə işləyirmiş.

Ordu.az “The Intercept”ə istinadən xəbər verir ki, bu, kompaniya daxili sızdırılmış emaillərin tərkibindən aydın olub.

Ötən ilin sentyabr ayına aid olan emaillərdə “Google” şirkətinin biznes inkişaf qolunun hərbi dron üzrə süni zəka dövriyyəsini 250 milyon dollara yüksəltməyi hədəflədiyi məlum olur. Həmin vaxt bu rəqəm cəmi 15 milyon dollar idi.

Bu məqsədlə “Maven” layihəsinə əlavə olaraq Pentaqonla 100 milyon dollarlıq saziş üzərində işlər aparılıb.

Bu məsələ ilə bağlı “Google”a sorğu göndərildikdən sonra şirkətin sözçüsü Ceyn Haynes şirkətin bu hazırda etik kodeks üzərində işlədiyini və süni zəkanın silah istehsalında istifadəsinə qarşı olacağını bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Google   Pentaqon  


Bizi "telegram"da izləyin