Rusiyalı jurnalist: “Paşinyan oğlunu Qarabağa göndərməklə Azərbaycanı təxribata sürükləyir”

2018/06/inx960x640_1527833695_1527857566.jpg
Oxunub: 4288     20:42     01 İyun 2018    
Ordu.az məşhur rusiyalı hərbi jurnalist, təqaüddə olan polkovnik Viktor Baranets ilə müsahibəni təqdim edir.

- Viktor Nikolaeviç, Ermənistan KİV-lərinin məlumatına görə, yaxın aylarda Rusiyanın qısa mənzilli “Tor-M2” raket sistemləri Ermənistan Silahlı Qüvvələrinə veriləcək. Bunu necə şərh edərdiniz?

- Bu məlumat, Rusiyanın siyasi və hərbi rəhbərliyi səviyyəsində rəsmi şəkildə təsdiq edməyənə qədər şayiə və təxribat kimi qiymətləndirilməlidir.

- Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunu Qarabağda hərbi xidmətə göndərəcəyinə dair bəyanatı barədə fikirlərinizi bilmək istərdik. Bu addım nəyə səbəb ola bilər?

- Şəxsən məndə, Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Qarabağda hərbi xidmət göstərmək istədiyi barədə məlumat narahatlıq doğurdu. Bu doğru olsa və Paşinyan bunu təsdiqləsə, bu, çox təhlükəli, çox cahil və vaxtsız atılan bir addım olacaq. Belə bir bəyanat yalnız Azərbaycan-Ermənistan qarşıdurmasına mənfi təsir göstərəcək.

- Azərbaycan-Rusiya hərbi-texniki əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Mən bu əməkdaşlığı yüksək qiymətləndirirəm. Biz Azərbaycan-Ermənistan qarşıdurmasının vəziyyətini çox yaxşı bilirik. Rusiya Bakı ilə İrəvan arasında manevr etmək məcburiyyətindədir. Rusiyanın Azərbaycan və Ermənistanla arasında olan hərbi-texniki əməkdaşlığın necə qurulduğunu diqqətlə izləyirəm.

Mən bizim Ermənistana olan hərbi-texniki yardımımızın Azərbaycanda neçə narazılığa səbəb olduğunu yaxşı bilirəm. Lakin mən Rusiya-Azərbaycan hərbi-texniki əməkdaşlığı ilə İrəvanda olan narazılığın dərəcəsini də bilirəm. Və bu obyektivdir. Rusiya Ermənistan-Azərbaycan qarşıdurmasında istilik dərəcəsini artırmadan son dərəcə ağıllı və diqqətlə hərəkət etməlidir. Bu mənim prinsipial mövqemdir. Hətta deyirəm ki, bu, yalnız siyasi və ya hərbi-siyasi məsələ deyil. Fikrimcə bu, psixoloji, hətta mən deyərdim mürəkkəb beynəlxalq diplomatiya əsaslanan məsələdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin