Hindistan S-400-lərə dair müqavilənin hazırlanmasına davam edəcək

2018/06/6456_1527851103.jpg
Oxunub: 2598     19:03     01 İyun 2018    
Hindistan ABŞ-ın mənfi rekasiyasına baxmayaraq, Rusiya ilə S-400 “Triumf” zenit raket sistemlərinin alışı ilə bağlı müqavilənin hazırlanmasına davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı “Hindustan Times” yayıb.

Məlumatda, Hindistan Müdafiə Nazirliyinin prosesin dayandırılması ilə bağlı hər hansı bir əmr almadığı bildirilir.

“Hindistanın Müdafiə nazirliyi hökümət tərkibində olan təhlükəsizlik komitəsinə müraciət edərək Rusiyadan ümumi dəyəri 5.5 milyard dollar olar beş ədəd S-400 zenit raket sisteminin alınması ilə bağlı müsbət rəy verilməsini istəyəcək.

Belə ki, nazirlik bu prosesin dayandırılması ilə bağlı hər hansı bir əmr almayıb”, - deyə etibarlı mənbələrdən nəşrə bildirilib.

Daha öncə, ABŞ-ın nümayəndələr palatasının hərbi qüvvələr komitəsinin başçısı Uilyam Tornberri televiziya kanallarının birində verdiyi açıqlamada Rusiya ilə Hindistan arasında S-400-lərlə bağlı əldə oluna biləcək razılaşmanın Nyu-Dehli və Vaşinqton arasında olan əməkdaşlığa təsirsiz ötüşməyəcəyini bildirib.

Teymur Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan-Rusiya   S-400  


Bizi "telegram"da izləyin