Donbasda gərginlik davam edir: 6 yaralı

2018/05/2407-Donbas_1527581054.jpg
Oxunub: 3875     16:03     29 May 2018    
Ukraynanın şərqində - Donbasdakı təmas xəttində ötən gün də Ukrayna Silahlı Qüvvələri və separatçılar arasında aktiv döyüşlər davam edib.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən gün ərzində spearatçılar atəşkəsi ümumilikdə 37 dəfə pozublar. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin 6 hərbçisi yaralanıb.

Qeyd edilir ki, xüsusilə Krımsk, Novotoşkovsk və Zotolov yaşayış məntəqələri istiqamətində aktiv döyüşlər gedib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   BQƏ  


Bizi "telegram"da izləyin