Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin silahlara nəzarət və kütləvi məhvetmə silahının yayılmaması məsələləri üzrə koordinatoru Qari Samor bəyan edib.
“Hesab edirəm ki, tərəflər öz aralarında bir-birinin ünvanına təhdid və təhqirlərdən yayınmaq barədə razılığa gələcəklər və sammit iyunun 12-də və ya ona yaxın bir müddətdə keçiriləcək”, - deyə Samor bildirib.
O qeyd edib ki, həm Birləşmiş Ştatlar, həm də Şimali Koreyanın sammitin baş tutması üçün iradəsi var.
Ağalar Qəribov
Ordu.az