Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Birləşmə Nazirliyinin nümayəndəsi Pek De Xun bəyan edib.
“Hazırda işgüzar səviyyədə hazırlıq işləri aparılır. Cənubi Koreya tərəfi danışıqlarda iştirak edəcək nümayəndə heyətinin tərkibini müəyyənləşdirir”, - deyə Xun bildirib.
O qeyd edib ki, bu danışıqlar Seul üçün Koreya yarımadasında nüvəsizləşmə və sülhə nail olmaq üçün çox önəmlidir.
Ağalar Qəribov
Ordu.az