Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker bəyan edib.
“Bu hələ də “qaynar müharibə”dir. Ötən həftə atəşkəsin pozulmasının kəmiyyəti üzrə faktiki rekord baş verdi. ATƏT-in hesabatına görə, həftə ərzində 7 min dəfə. Bu çox böyük rəqəmdir”, - deyə Volker bildirib.
O qeyd edib ki, Donbasdakı müharibə tez-tez qəzetlərin ilk səhifəsindən yoxa çıxır, lakin bu münaqişə qısa müddətdə həll olunmalıdır.
Ağalar Qəribov
Ordu.az