İraq polisi Neynəvə vilayətinin Mosul şəhərində İŞİD terror təşkilatının "hərbi rəsmisi"ni ələ keçirib.
Ordu.az “İraqi News”a istinadən xəbər verir ki, bu barədə Neynəvə polisinin rəisi general Həmad əl-Cəbur bildirib.
Məlumata görə, kəşfiyyat məlumatlarına əsaslanaraq həyata keçirilən əməliyyat nəticəsində İŞİD-in "hərbi rəsmisi" Nəzar Salih və bərabərində 13 terrorçu ələ keçirilib.
Cəburi bildirib ki, Nazir Salih Aski-Mosul regionunda həyata keçirilən nəqliyyat vasitələrinə qarşı kamikadze hücumundan məsuliyyət daşıyır.
Ağalar Ağalarlı
Ordu.az