İraqda 8 İŞİD terrorçusu məhv edilib

2018/05/1498465_1527486102.jpg
Oxunub: 4281     13:47     28 May 2018    
İraq silahlı qüvvələrinin Anbar vilayətinin qərbində həyata keçirdiyi hava əməliyyatında 8 terrorçu zərərsizləşdirilib.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, bu barədə vilayətdə fəaliyyət göstərən yarımhərbi qoşunların nümayəndəsi məlumat yayıb.

Məlumata görə, terrorçuların kəşfiyyat məlumatı əsasında təsbit edilmiş Hit qəsəbəsindəki sığınacağına hava zərbələri endirilib. Əməliyyat nəticəsində 8 terrorçu məhv edilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İŞİD   Terror  


Bizi "telegram"da izləyin