Ukraynada gərginlik davam edir: 3 ölü, 5 yaralı

2018/05/2318-Donbas-Ukrayna_1527486712.jpg
Oxunub: 2301     13:33     28 May 2018    
Ukraynanın şərqində - Donbasdakı təmas xətti boyunca separatçılarla Ukrayna Silahlı Qüvvələri arasında döyüşlər davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Qüvvələr Əməliyyatı qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Məlumata görə, ötən gün ərzində separatçılar ümumilikdə 22 dəfə atəşkəsi pozublar və onlardan 4-də ağır artilleriyadan istifadə olunub. Nəticədə Ukrayna Silahlı Qüvvələrinin 2 hərbçisi yaralanıb.

O cümlədən qeyd edilir ki, kəşfiyyat məlumatlarına görə, separatçıların 3 üzvü öldürülüb, daha 3 separatçı isə yaralanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Donbas   BQƏ  


Bizi "telegram"da izləyin