Ordu.az xəbər verir ki, bunu rusiyalı politoloq Fyodor Lukyanov ABŞ prezidenti Donald Trampın Qarabağ münaqişəsi ilə bağlı sözlərini şərh edərkən bildirib.
Fyodor Lukyanovun fikrincə, Donald Trampın bu cür ümidləri üçün bir neçə versiya ola bilər.
“Ola bilər Tramp ümid edir ki, Ermənistanda yeni hakimiyyət orqanları yeni yanaşmalar nümayiş etdirməyə çalışacaqlar. Lakin erməni tərəfinin Vyana və Sankt-Peterburq zirvə görüşlərində əldə edilmiş razılaşmaların prioritet olduğunu hesab etməsinə baxmayaraq heç bir şey dəyişməyib. Bəlkə də, Amerika tərəfi prosesin aprel döyüşlərindən sonra qərbin təşəbbüsü olduğu üçün elə buradan başlayacaq", - deyə Lukyanov vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az