Ordu.az-ın Qarabağ bürosunun xəbərinə görə, ərazidə quru ot, kol-kos üstünlük təşkil etdiyindən külək alovun tez bir zamanda böyüməsinə səbəb olub.
Məlumata görə, yanğın qısa müddət ərzində qoşunların təmas xəttini, sonra isə neytral zonanı ötərək Çıraqlı kəndi ərazisinə keçib.
Ərazidə taxıl zəmilərinin olmasını nəzərə alan əhali yanğınla mübarizəyə hazırlaşır.
Bundan başqa, kəndə yanğın söndürən briqadaların da cəlb ediləcəyi gözlənilir.
Elgün Gəncimsoy
Ordu.az