Ordu.az xəbər verir ki, bunu Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Dövlət Departamentinin keçmiş analitiki Pol Qobl deyib.
Amerikalı analitik düşünür ki, istənilən təşəbbüs, xüsusilə ABŞ tərəfdən olduğu təqdirdə, münaqişənin həlli üçün real imkanlar yaradır.
"Mən çoxdan demişəm ki, ABŞ bu regionda mövcud münaqişələrin həll prosesində iştirak etməlidir. Mən, Tramp tərəfindən təşəbbüs siyasətinin zəruriliyini düşünürdüm, çünki diqqətsizlik baxımından təhlükəli meyllər görürdüm. Xoşbəxtlikdən ABŞ prezidenti yeni bir fürsətdən danışır. Ümid edək ki, Amerika vasitəçiliyi yüksək səviyyəli prezident görüşləri və həll prosesinə səbəb olacaq.
Göründüyü kimi, Trampın xarici siyasətinin məqsədi Cənubi Qafqazda və digər bölgələrdə Amerikanın varlığını bərpa etməklə yanaşı, itirilmiş zamanı geri qaytarmağa çalışmaqdır", - deyə Pol Qobl bildirib.
Onun sözlərinə görə, Trampın məktubundakı yazı maraqlı idi, çünki hər hansı bir təşəbbüs və hətta danışıqlar fəaliyyəti məlum deyil.
Alpər Mövludoğlu
Ordu.az