“Qarabağ problemi bizim də problemimizdir. Necə ki, Kipr Azərbaycanın problemidir, necə ki, Kəşmir İslam aləminin problemidirsə, oxşar problemlərin həllində daha hücum həmlələri etmək lazımdır”.
Ordu.az “Star”a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin spikeri İsmayıl Qəhrəman səsləndirib.
Qəhrəman Azərbaycanın Diaspora ilə İşlər üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Qarabağın işğal altında olduğunu nəzərdə tutan Qəhrəman dünyanın gözü önündə böyük haqsızlıq edildiyini vurğulayıb.
“Dünya bu və buna bənzər ədalətsizliklərə qarşı səssiz qalmamalıdır”, - deyə o əlavə edib.
Öz növbəsində ölkəmizin bir hissəsinin işğal altında olduğunu söyləyən Fuad Muradov TBMM-in rəhbərinə Qarabağla bağlı iki kitab hədiyyə edib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Qarabağ
Türkiyə
Azərbaycan