Cənubi Koreya Koreyalararası sammit razılşamasının tətbiqinə tələsir

2018/05/345345_1525417011.jpg
Oxunub: 1971     15:00     04 May 2018    
Cənubi Koreya Müdafiə Nazirliyi Koreyalararası sammitdə əldə olunan razılaşmanın həyata keçirilməsi ilə bağlı tapşırıq qrupu formalaşdırıb.

Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, qrupa Müdafiə Nazirliyi və Baş Qərargahdan nümayəndələr daxildir.

“Bu Panmuncom bəyannaməsinin tətbiqinə yönəlik tədbirlərin görülməsi üçün hazırlığı həyata keçirəcək tapşırıq qrupudur. Lakin biz xarici ekspertlərdən də məsləhət almağa açığıq”, - deyə MN-in bəyanatında qeyd olunub.

Qeyd edək ki, sözügedən bəyannamədə Şimal və Cənub arasındakı gərginliyin azaldılması, ölkələrarası inamı təşviq edilməsi üçün tədbirlər görülməsi razılaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənmubi-Koreya   Danışıqlar   KXDR  


Bizi "telegram"da izləyin