Almaniya müdafiə naziri Bundesverdə islahatlar keçirməyi planlaşdırır

2018/05/41fe561c-7f64-480f-bfab-bbc4d5717d30-1c96d7c5-b66f-46ea-92d5-6984af651666_B3453_1525414816.jpg
Oxunub: 2013     14:20     04 May 2018    
Almaniya müdafiə naziri Ursula fon der Lyayen Bundesverda islahatlar həyata keçirmək niyyətindədir.

Ordu.az “Süddeutsche Zeitung” nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, hazırda hələ də aparılacaq islahatların göstəricilərinin müzakirəsi davam etdirilir, lakin artıq dəqiq məlumdur ki, aparılacaq islahatların məqsədi Almaniya Silahlı Qüvvələrini dünyadakı yeni təhlükələrə, o cümlədən kiber hücumlara cavab verəcək səviyyəyə yüksəltməkdir.

“Potensual aqressorlar diversiya, dezinformasiya, propoqandalardan istifadə etmək alman xalqının azadlığını pozmağa çalışırlar, buna qarşı mübarizə apara biləcək potensiala sahib olmaq lazımdır”, - deyə məlumatda bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Bundesver   İslahat  


Bizi "telegram"da izləyin