Ukraynada hərbi sursat anbarında yanğın olub

2018/05/1841_1525353235.jpg
Oxunub: 3789     21:12     03 May 2018    
Ukraynanın Xarkov vilayətinin Balakley şəhərində yerləşən hərbi sursat anbarında yanğın başlayıb.

Ordu.az “Ukrainform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövləqadə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, mətbuat xidməti yanğının səbəbini açıqlamayıb və qeyd edib ki, bu, hərbi sirrdir.

Bununla belə məlum olub ki, yanğının söndürülməsi dövlət xidməti tərəfindən deyil, hərbçilər tərəfindən həyata keçirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Xarkov   Yanğın  


Bizi "telegram"da izləyin