Rusiya İordaniya və ABŞ-la Suriyaya dair əməkdaşlığı davam etdirəcək

2018/05/345345_1525353056.jpg
Oxunub: 2681     21:08     03 May 2018    
“Rusiya Suriyanın cənubundakı deeskalyasiya zonasında işlərin dəstəklənməsi üzrə İordaniya və ABŞ-la əməkdaşlığı davam etdirəcək”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İordaniya xarici işlər naziri Ayman əs-Səfadi ilə keçirilən danışıqların yekunlarına həsr olunan mətbuat konfransında bəyan edib.

“Biz Astana prosesi çərçivəsində İordaniyanın müşahidəçi qismində çıxış etdiyi Suriyanın cənubundakı deeskalyasiya zonasında bu ölkə ilə əməkdaşlığı davam etdiririk. Bu gün ikitərəfli əsaslar üzərində həmçinin amerikalıların iştirakı ilə üçtərəfli format barədə razılıq əldə etdik”, - deyə Lavrov bildirib.

O qeyd edib ki, Rusiya, İordaniya və ABŞ 2017-ci ilun iyulunda Suriyanın cənub-qərbində deeskalyasiya zonasının yaradılması üzrə razılıq əldə edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-İordaniya   Suriya  


Bizi "telegram"da izləyin