ABŞ XİN: Ukrayna “Javelin”i müdafiə üçün istifadə etməlidir

2018/05/234234_1525164710_1525352501.jpg
Oxunub: 2249     21:00     03 May 2018    
“Lap əvvəldən biz açıq şəkildə bildirmişik ki, “Javelin” müdafiə silah sistemidir və Ukrayna tərəfindən müdafiə məqsədilə istifadəsi daha məqsədəuyğundur”.

Ordu.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ Xarici İşlər nazirinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Uess Mitçel bəyan edib.

Ukraynada səfərdə olan Mitçel bu barədə Ukrayna prezidenti Petro Poroşenko ilə görüşündən sonra baş tutan mətbuat konfransında danışıb.

Qeyd edək ki, bir neçə gün öncə Birləşmiş Ştatlar “Javelin” tank əleyhinə raket sistemlərinin Ukraynaya çatdırıldığını təsdiqləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Javelin  


Bizi "telegram"da izləyin