Mey və Quterreş Suriyanı müzakirə ediblər

2018/05/1840_1525351992.jpg
Oxunub: 1717     20:52     03 May 2018    
Böyük Britaniya baş naziri Tereza Mey və BMT baş katibi Antonio Quterreş arasında Londonda görüş baş tutub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallıq hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər Suriyaya kimyəvi silahdan istifadə olunmasını müzakirə ediblər. Onlar qeyd ediblər ki, kimyəvi hücumların analiz edilməsi üzrə müstəqil mexanizmin yaradılması zəruridir”, - deyə məlumatda qeyd olunub.

Mey və Quterreş həmçinin kimyəvi silahın yayılmaması rejiminə riayət olunması üçün əməli addımlar atılmasının böyük əhəmiyyətə malik olduğu vurğulayıblar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tereza-Mey   Antonio-Quterreş   Suriya  


Bizi "telegram"da izləyin