BMT: Suriyada mühasirədə 11 min insan yaşayır

2018/05/234234_1525351085.jpg
Oxunub: 2877     20:37     03 May 2018    
“Suriyada mühasirə olunan rayonlarda yaşayan insanların sayı son bir il ərzində 625 min nəfərdən 11 min nəfərədək azaldılıb”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin Suriya üzrə xüsusi səfirinin müşaviri Yan Egelann bəyan edib.

“Bir il öncə 4,6 milyon insan çətin şəraitdə yaşayırdı, mühasirədə yaşayanların sayı isə 625 min nəfər idi. İndi isə çətin şəraitdə yaşayan insanların sayı 2 milyon, mühasirədə yaşayanların sayı isə 11 min nəfərə enib”, - deyə Egelann bildirib.

O qeyd edib ki, artıq insanlar kütləvi şəkildə işğal edilən rayonlarda yaşamırlar və onların vəziyyəti xeyli yaxşılaşıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Suriya  


Bizi "telegram"da izləyin