“Fələstinli terrorçular əsgərlərimizi oğurlamağa çalışır” – İsrail BQ rəisi

2018/05/31890719_2530727847153368_4323656337507483648_n_1525275898.jpg
Oxunub: 2227     23:41     02 May 2018    
“Fələstinli terrorçu qruplar Qəzza sərhədindəki kütləvi etirazlar zamanı əsgərlərimizi oğurlamağa cəhdlər edib”.

Ordu.az “Times of İsrael”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Qadi Eysenkot bəyan edib.

O, son zamanlar vəziyyətin gərginləşməsi ilə İsrail əsgərlərinin özlərini gözlənilmədən kütləvi etirazlarla üzbəüz tapdıqlarını bildirib. Eysenkotun fikirlərinə görə, bu etiraz nümayişləri terraktlar törətmək və əsgərlərə hücum etmək üçün pərdə kimi istifadə edilir.

Bunun nəticəsidir ki, həmin etirazlar zamanı terrorçular hərbi postlara hücum edib əsgərləri qaçırmağa və İsrail ərazisinə sızmağa çalışıblar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fələstin   İsrail   Terror  


Bizi "telegram"da izləyin