Ordu.az xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyinin rəsmi saytı məlumat yayıb.
Yekun yoxlamaları CHD-nin 20-dən çox təlim mərkəzlərində, həmçinin Rusiyanın Ermənistandakı, Abxaziyadakı və Cənubi Osetiyadakı hərbi bazalarında həyata keçirilib.
Yekun yoxlamaları zamanı bölmə komandirlərinin döyüş əməliyyatlarında Suriya təcrübəsini tətbiq etmə bacarıqları yoxlanılıb. Yoxlama zamanı hərbi qulluqçular atış hazırlığı, taktiki, xüsusi təyinatlı və fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsinə cəlb ediliblər.
Alpər Mövludoğlu
Ordu.az