Yaponiya zirehli maşının yaradılmasında problemlər peyda olub

2018/05/456456456456456_1525251842.jpg
Oxunub: 3665     16:57     02 May 2018    
Yaponiya Özünümüdafiə Qüvvələri üçün nəzərdə tutulan 8x8 formullu zirehli transportyorun yaradılmasında problemlər peyda olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiya Alış, Texnologia və Logistika Agentliyi (ATLA) məlumat yayıb.

Məlumata görə, maşının ballistik müdafiəsi stabil deyildi, müdafiə qatı isə yetərsiz idi.

Maşınların əsas istehsalçısı olan “Komatsu” buunla əlaqədar olaraq bütün problemləri həll etməli, alternativ seriyalı istehsal planları axtarılmalıdır. Bütün bu işlərlə əlaqədar olaraq isə yeni zirehli maşınların orduya təhvil verilməsi 2018-ci ildən 2021-ci ilə təxirə salınıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   ATLA  


Bizi "telegram"da izləyin