Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Amerikanın “Atlantic Council” analitik mərkəzinin baş elmi işçisi Ariel Koen bildirib.
“Bu məqamda qeyd etmək lazımdır ki, ABŞ-ın Ukraynanı “Javelin”lərlə təchiz etməsi artıq 4 il müddətinə yubanıb və verilən komplekslərin kəmiyyəti çox azdır”, - deyə Koen vurğulayıb.
O qeyd edib ki, ABŞ Ukrayna ilə hərbi texnologiyalarını bölüşməli və modernləşməyə, istehsalın artırılmasına kömək məqsədilə texniki yardım göstərməlidir.
Ağalar Qəribov
Ordu.az