Rusiya 19 il ərzində ilk dəfə müdafiə xərclərini azaldıb - SIPRI

2018/05/4691295346456_1525248355.jpg
Oxunub: 3285     15:57     02 May 2018    
Rusiya 2017-ci ildə son 19 il ərzində ilk dəfə öz müdafiə büdcəsini azaldıb.

Ordu.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Probleminin Araşdırılması İnstitutu (SIPRI) hesabat yayıb.

SIPRI ekspertləri Rusiya ordusunun müdafiə xərclərini əhəmiyyətli dərəcədə azaltdığını bəyan ediblər. Rusiya 2017-ci il ərzində müdafiə büdcəsini 13,9 milyard dollar azaldıb ki, bu da dünya üzrə ən böyük göstəricidir.

Rusiyanın 2017-ci ildə müdafiə xərcləri 20 faiz azalaraq 66,3 milyard dollar təşkil edib. Bu, 1998-ci ildən müdafiə xərclərinin azaldıldığı ilk haldır.

“Ordunun modernləşdirilməsi Rusiya üçün protritetdir, lakin 2014-cü ildə ölkənin yaşadığı iqtisadi problemlər hərbi büdcənin məhdudlaşdırılmasına səbəb oldu”, - deyə SIPRI-nin baş elmi əməkdaşı Simon Vezeman bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Müdafiə-xərcləri  


Bizi "telegram"da izləyin