Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Hezer Nauert bəyan edib.
“ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri yaxın günlərdə Suriyada İŞİD-in son qüvvələrinə qətiyyətli zərbələr endirəcək”, - deyə Nauert bildirib.
O qeyd edib ki, artıq Suriyada İŞİD-in günləri sona çatır və ABŞ bunu surətləndirmək üçün əlindən gələni edəcək.
“Birləşmiş Ştatlar həmçinin Suriyanın qonşu dövlətlərini terrorçuların mümkün zərblərindən müdafiə etməyə çalışacaq”, - deyə Nauert açıqlayıb.
Ağalar Qəribov
Ordu.az