Rusiyada yeni nəhəng PUA-nın silahlanmaya nə vaxt qəbul ediləcəyi məlum olub

2018/05/4565_1525243900.jpg
Oxunub: 1944     14:50     02 May 2018    
Rusiya Silahlı Qüvvələri “Forpost” PUA-sının bütövlükdə milli istehsal versiyası ilə təchiz ediləcək.

Ordu.az “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə sənayesi kompleksindən olan mənbələr məlumat yayıb.

Məlumata görə, yeni PUA-lar orduya artıq 2019-cu ildə təhvil veriləcək. PUA-larla ilk təchiz edilən qoşunlardan biri də Baltik Donanması olacaq.

Qeyd edək ki, yeni PUA kəşfiyyat həyata keçirilməsi və artilleriya atəşinin düzəldilməsi təyinatlıdır. PUA-nın ölçüləri və yük daşıyıcılığı onunla optik-elektron avadanlıqlar və yanacaq ehtiyatı daşımağa imkan verir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   PUA   Forpost  


Bizi "telegram"da izləyin