Keçmiş MKİ rəhbəri: “ABŞ İranın nüvə proqramını dayandırdığını bilirdi”

2018/05/053234_1525242972.jpg
Oxunub: 2095     14:34     02 May 2018    
“ABŞ kəşfiyyatı hələ 2007-ci ildə İranın nüvə silahı hazırlamaq proqramını dayandırmaq barədə qərara gəldiyindən xəbərdar idi”.

Ordu.az CNN telekanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik İdarəsinin keçmiş rəhbəri Maykl Heyden bəyan edib.

“Bizi hələ 2007-ci ildə kəşfiyyat əsasında qiymətimizi verdik, İran həmin vaxt silah yaradılmasını nəzərə tutuan nüvə proqramını sonlandırıb. Raket proqramı işləyirdi, lakin İran faktiki şəkildə nüvə silahının yaradılmasını hətta 2003-cü ildə dayandırıb”, - deyə Heyden bildirib.

Onun sözlərinə görə, İsrail baş naziri Benyamin Netenyahunun əldə etdiyi məlumatlar barədə ABŞ kəşfiyyatı hələ illər öncə xəbərdar idi.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nüvə-proqramı   İran   ABŞ  


Bizi "telegram"da izləyin