Hərbi xərclərə görə lider dövlətlər açıqlanıb - SIPRI

2018/05/345345345_1525239683.jpg
Oxunub: 1905     13:39     02 May 2018    
Dünyanın müdafiəyə ən çox vəsait xərcləyən dövlətləri ABŞ və Çindir.

Ordu.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Probleminin Araşdırılması İnstitutu (SIPRI) hesabat yayıb.

İnstitutunun ekspertlərinin hesablamalarına görə, 2017-ci il çərçivəsində dünyada hərbi xərclərin ümumi sayı 1,7 trilyon dollar təşkil edib, bu isə 2016-cı illə müqayisədə 1,1 faiz daha çoxdur. Ümumilikdə bu xərclər dünya ÜDM-nin 2,2 faizini təşkil edib, bu isə adambaşına 230 dollar təşkil edir.

Ən çox müdafiə xərcinə malik ölkə ABŞ-dır. Bütün vəsaitlərin 35 faizi bu göstəricidə Vaşinqtonun üzrənə düşür. İkinci yerdə isə 13 faizlik göstərici ilə Çin yer alır. Siyahının üçüncü pilləsində 4 faizlik göstərici ilə Səudiyyə Ərəbistanı, dördüncü pilləsində 3,8 faizlik göstərici ilə Rusiya, beşinci pilləsində isə 3,7 faizlik göstərici ilə Hindistan mövqe tutur. Ümumilikdə ilk 5 ölkənin müdafiə xərcləri ümumi göstəricinin 60 faizini təşkil edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin