Ordu.az xəbər verir ki, bu barədə məlumat ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının "Twitter" səhifəsində yerləşdirilib.
Məlumata görə, avadanlıqlarla birgə 3,5-4 minə yaxın əsgər də Avropaya göndərilib. Qeyd edilir ki, göndərilən hərbi texnikalar içərisində 90 ədəd "Abrams" tankı, 140 ədəd BTR və BMP "Bradley" zirehli maşınları, 18 ədəd "Poladin" artilleriya qurğuları, həmçinin müxtəlif rabitə və dəstək sistemləri göndərilib.
Ağalar Qəribov
Ordu.az