Ordu.az “Der Standard” nəşrinə istinadən xəbər verir ki, bu barədə Avstriya prokurorluğu məlumat yayıb.
Məlumata görə, BMT qüvvələrində xidmət edən avstritya hərbi qulluqçuları həmin vaxt Suriya əsgərlərinin dağlarda mühasirəyə düşməsi barədə xəbərdarlıq etməyiblər.
Prokukorluq onlarda avstiyaslı sülhməramlıların uzaq məsafədən terrorçuları müşahidə etdiklər videogörüntülərin olduğunu göstərir. Daha sonra əraziyə Suriya əsgərləri yaxınlaşır, onlar sülhməramlılar tərəfindən heç bir xəbərdarlıq almadıqlarına görə yola davam edərək mühasirəyə düşürlər.
“Salzburger Nachrichten” qəzetinin məlumatına görə, həmin qrupda olan keçmiş Avstriya hərbçilərindən biri etiraf edir ki, BMT missiyasının əsgərlərinə Suriyadaxili münaqişəyə müdaxilə etməmək əmri verilmişdi və onların belə davranışı da məhz həmin əmrdən qaynaqlanır.
Ağalar Qəribov
Ordu.az