Mettis KXDR qoşunlarının döyüş hazırlığını qiymətləndirib

2018/05/orig-15236448813d2f22f0a7a549a5746d02d68465886c34534_1525162256.jpeg
Oxunub: 2881     16:09     01 May 2018    
“Vaşinqton Şimali Koreya Silahlı Qüvvələrini gücləndirilmiş döyüş hazırlığı əlamətlərini görmür”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.

“Konkret olaraq indi deyə bilərəm ki, biz KXDR-də gücləndirilmiş döyüş hazırlığı və ya buna bənzər nə isə görmürük. Hər iki tərəfdə vəziyyət çox sakitdir”, - deyə Mettis bildirib.

Qeyd edək ki, daha öncə ABŞ prezidenti Donald Tramp Kim Çen Inla hərbsizləşdirilmiş Pxanmundcom zonasında yerləşən “Sülh evi”ndə görüşmək istədiyini bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   KXDR  


Bizi "telegram"da izləyin