Ordu.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezident administrasiyası məlumat yayıb.
Məlumata görə, bu məsələ Mun Çje İn tərəfindən BMT baş katibi Antonio Qutterşlə 30 dəqiqəlik telefon danşığı çərçivəsində irəli sürülüb. İn BMT-dən KXDR lideri Kim Çen Inın nüvəsizləşdirmə və Koreya yarımadasında sülhün bərqərar olmasına dair əldə olunan razılaşmaların həyata keçirilməsinə nəzarət etməyi xahiş edib.
“İstərdim ki, BMT Pxanmundcomdakı sülh bəyannaməsinə dair Baş Assambleya və ya Təhlükəsizlik Şurası çərçivəsində qətnamə qəbul etsin”, - deyə agentlik Mun Çje İndən sitat gətirir.
Ağalar Qəribov
Ordu.az