BQƏ-nin ilk günü Ukrayna üçün gərgin keçib: 3 yaralı

2018/05/345345_1525160792.jpeg
Oxunub: 3440     15:45     01 May 2018    
Ukraynada ATO-nu əvəzləyən Birləşmiş Qüvvələr Əməliyyatının ilk günü Silahlı Qüvvələrin əsgərləri üçün gərgin keçib.

Ordu.az Unian.net saytına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Qüvvlər Əməliyyatının mətbuat mərkəzinin məlumatında bildirilir.

Məlumata görə separatçılar gün ərzində atəşkəsi 44 dəfə pozublar, 6 dəfə isə atəş 120 və 82 millimetrlik minaatanlardan açılıb.

Atəşkəsin pozulması nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 3 əsgəri yaralanıb. Yaralananlar artıq xəstəxanaya yerləşdirilib və həyatları üçün hər hansı təhlükə yoxdur.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   BQƏ   Donbas  


Bizi "telegram"da izləyin