“ABŞ dünya polisi olmaq istəmir” - Tramp

2018/05/tramp2343_1525152619.jpg
Oxunub: 3633     13:29     01 May 2018    
“Birləşmiş Ştatlar öz üzərinə dünya polisi rolunu götürmək istəmir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.

O, bu barədə Nigeriya lideri Məhəmməd Buari ilə Ağ Evin Çəhralı bağında keçirilən birgə mətbuat konfransında bildirib.

“Biz getdikcə daha çox dünya polisi olmaq istəmirik. Onilliklər ərzində biz dünya polisi funksiyasının yerinə yetirilməsinə böyük pullar xərcləmişik və bu daha bizim prioritetimiz olmalı deyil”, - deyə Vaşinqton administrasiyasının rəhbəri açıqlayıb.

Trampın sözlərinə görə, ABŞ daha hüquq nizamını öz ölkəsində dəstəkləmək və ölkəni bərpa etmək istəyir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Dünya-polisi  


Bizi "telegram"da izləyin