Quş ABŞ HHQ-nin qırıcısına zərbə endirib

2018/04/456456_1525097223.jpg
Oxunub: 1900     01:49     01 May 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin ali pilotar qrupu olan “Mavi mələklər” aviasiya qrupunun təmir briqadaları hələ də quşla toqquşma nəticəsində xəsarət alan nümayiş qrupunun F/A-18 qırıcısının xərclərini hesablayır.

Ordu.az “The Drive” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrindən olan mənbələr məlumat ayıb.

Məlumata görə, hadisə Florida ştatında yerləşən “Vero Beach” aviasalonunda baş verib. Nümayiş uçuşları çərçivəsində mühərrikinə quş daxil olan pilot çətinliklə yanan mühhərikli qırıcını endirməyə nail olub və özü heç bir xəsarət almayıb.

Aparılan araşdırmalara görə, 2011-2017-ci illər çərçivəsində quşlarla toqquşma ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların ümumi qəzalarının 8 faizini təşkil edir. Quşlarla toqquşma nəticəsində baş verən 520 hadisə ümumilikdə müdafiə büdcəsinə 182 milyon dollar zərər vurub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-18   ABŞ   HHQ  


Bizi "telegram"da izləyin