“KXDR lideri Kim Çen Inla görüşün Şimali və Cənubi Koreya arasında yerləşən hərbsizləşdirilmiş zonadakı Pxanmundcom məntəqəsində keçirilməsinə etiraz etmirəm”.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Görüşün keçirilmə yeri üçün xeyli sayda ölkə nəzərdə keçirilir, lakin Şimali və Cənubi Koreya arasındakı sərhəddə yerləşən Sülh evi/Azadlıq evi digər hər hansı üçüncü ölkə ilə müqayisədə görüşün keçirilməsi üçün daha nümayişkəranə yer olmazdımı? Sadəcə soruşuram!”, - deyə ABŞ prezidenti öz “Twitter” səhifəsində məlumat yerləşdirib.
Tramp qeyd edib ki, onun Kim Çen Inla görüşü iyunda, hətta hadisələrin inkişafından asılı olaraq daha öncə də baş tuta bilər.
Ağalar Qəribov
Ordu.az