Suriya Quru Qoşunları Dəməşqin cənub hissəsində bir neçə istiqamətdən İŞİD terrorçu qrupuna qarşı hücumlarını davam etdirir.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyat nəticəsində son olaraq Həcər əl-Asvadın qərbi və cənubunda bir qədər də irəliləmək mümkün olub.
Hökumət qüvvələri əl-Fallahin qaz stansiyasının nəzarətini ələ keçirib. Hazırda əl-Tazamon və əl-Tarboş rayonlarında şiddətli döyüşlər davam edir.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Suriya
İŞİD
Dəməşq